SON XƏBƏRLƏR

İnsan haqları müdafiəçiləri azərbaycanlı məhbusa görə bəyanat yaydı

2025.09.02, 10:46
İnsan haqları müdafiəçiləri azərbaycanlı məhbusa görə bəyanat yaydı

İranda 44 insan haqları müdafiəçisi və hüquqşünas edama məhkum edilən azərbaycanlı xabım fəal Şərifə Məhəmmədi, Pəxşan Əzizi və Vərişə Muradı ilə bağlı bəyanat yayıblar.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları paylaşım edib.

Onlar adı çəkiən 3 xanım fəalın edam hökmünü pisləyib, beynəlxalq təşkilatları cəzanın ləğv edilməsi üçün Tehran rejiminə təzyiq göstərməyə çağırıblar.

Qeyd edək ki, hazırda Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan Şərifə Məhəmmədi haqqında bundan əvvəl çıxarılan ölüm hökmünü İran Ali Məhkəməsinin 29-cu bölməsi təsdiq edib.

5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi  "xaricdə hökumətə müxalif olan təşkilata üzv olmaq"da günahlandırılıb və edam cəzasına məhkum edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar