SON XƏBƏRLƏR

Təbrizdə iraqlıların sayı artıb- Əhali narazıdır

2025.09.02, 17:01
Təbrizdə iraqlıların sayı artıb- Əhali narazıdır

Təbriz şəhərində iraqlıların sayının artması əhali arasında narahatlıq yaradıb.

Gunaz.tv

Bu barədə Təbrizin yerli sosial media şəbəkəsində məlumatlar yayılıb.

Bildirilib ki, iraqlıların tələbə adı altında Təbrizə gətirilmələri təhsil sahəsində də ciddi problmlər yaradıb.

"Onlar şəhər universitetlərinin səviyyəsini aşağı salır, həm də təhsil imkanlarını məhdudlaşdırı, bununla da yerli əhalinin təhsil almasına mane olurlar!",- məlumatda qeyd olunub.

Bununla yanaşı iraqlıların Təbrizdə qeyri-etik davranışlarının da şəhər əhali arasında narazılıqla qarşılaşdığı diqqətə çatdırılıb.

Məsələ ilə bağlı təbrizlilərin valilik və başqa əlaqədar dövlət qurumlarına məktub yazdıqları bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl İranın Bağdaddakı Mədəniyyət Attaşesi Qulamrza Abazəri deyib ki, İranın 20 universitetində 70 min iraqlı təhsil alır.

O, həmin tələbələrin sınaq imtahanları vermədən universitetlərə qəbul edildiklərini və onlara təqaüd verildiyini bildirib.

Bir müddət əvvəl Tehran Universitetinin prezidenti İraqda İranın proksi qüvvələri olan "Həşəd əl-Şəəbi"nin (Xalq Səfərbərlik Qüvvələri) üzvləri üçün imtahansız qəbulun artdığını demişdi.

O, bu şəxslərin bu universitetdə hərbi təhsil almadıqlarını və idarəçilik ixtisası üzrə təhsil aldıqlarını bildirmişdi.

Qeyd edək ki, İran şəhərləri arasında 4 min tələbə olmaqla Təbriz ən çox iraqlı tələbəni qəbul edən şəhərdir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar