SON XƏBƏRLƏR

İran repressiyaları artırıb- Beynəlxalq Əfv Təşkilatı

2025.09.03, 15:16
İran repressiyaları artırıb- Beynəlxalq Əfv Təşkilatı

2025-ci ilin iyununda İsraillə baş verən toqquşmalardan sonra İran İslam Respublikasının hakimiyyət orqanları “milli təhlükəsizlik” bəhanəsi ilə dəhşətli repressiya dalğasına başlayıblar.

Gunaz.tv

Bu, Beynəlxalq Əfv Təşkilatı və Human Rights Watch-ın İranda insan haqlarının pozulması ilə bağlı yaydığı bəyanatda deyilib.

Beyənlxalq təşkilatların fikrincə, bu, dərin böhranın əlamətidir və İran hökumətinin təcili şəkildə beynəlxalq cinayət məsuliyyətinə cəlb edilməsinə ehtiyac var.

"İyunun 13-dən bu yana siyasi rəqiblər, hüquq müdafiəçiləri, jurnalistlər, sosial şəbəkə istifadəçiləri, etiraz aksiyaları qurbanlarının ailələri, xarici vətəndaşlar, əfqanlar, etnik azlıqların nümayəndələri, bəhai, xristian və yəhudi dininə mənsub olanlar da daxil olmaqla 20 mindən çox insan həbs edilib",- bəyanatda vurğulanıb.

Beynəlxalq Əfv Təşkilatı və Human Rights Watch İran rəsmilərinin həbs olunanların edam edilməsi barədə çağırışlarını təhlükəli adlandırıb, bunun yeni edam dalğasının başlanmasına zəmin ola biləcəyindən narahatlıqlarını ifadə ediblər:

"Dövlət rəsmiləri və media orqanları həbs olunanların bəzini dərhal edam etməyə çağırıblar, bəziləri isə 1988-ci ildə siyasi məhbusların öldürülməsinin təkrarlanmasını açıq şəkildə təbliğ ediblər. Ən azı 9 nəfər siyasi ittihamlarla və ya İsrailə casusluq ittihamına görə edam edilib, ölüm cəzasının genişləndirilməsinə dair qanun layihəsi isə parlamentdə Keşikçilər Şurası tərəfindən təsdiqlənməyi gözləyir".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar