SON XƏBƏRLƏR

İranda quraqlı- Su anbarları qurudu

2025.09.04, 12:09
İranda quraqlı- Su anbarları qurudu

İranda quraqlığın davamında ölkənin əsas su təçinatçılarından olan 3 su anbarı tamamilə quruyub.

Gunaz.tv

Bununla bağlı İran Su Ehtiyatlarının İdarəetmə Şirkəti məlumat yayıb.

Bununla yanaşı daha 8 su anbarının da ehtiyatlarının kəskin azaldığı bildirilib.

"Cari yağış ilində ölkə üzrə bəndlərə ümumilikdə 24 milyard 190 milyon kubmetr su daxil olub, bu da ötən ilin müvafiq dövründəki 41 milyard 560 milyon kubmetrlə müqayisədə 42 faiz azalma deməkdir",- məlumatda qeyd olunub.

Son aylarda və illərdə bəndlərin quruması intensivləşib və yağıntıların davamlı azalması quraqlığın dahada şiddətlənəcəyindən xəbər verir .

Ekoloqların bildirdiyinə görə, bunun əsas səbəblərindən biri hökumətin su ehtiyatlarını idarə edə bilməməsidir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar