SON XƏBƏRLƏR

İranda 3 hüquqşünas həbs edildi

2025.09.04, 15:56
İranda 3 hüquqşünas həbs edildi

Gilan əyalətinin Rəşt şəhərində 3 hüquqşünas və insan haqları müdafiəçisi həbs edilib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Təhlükəsizlik məmurları Şadi Fəlahəti, Hesam Purəhmədi və Şəhrzad Şərəbiyani adlı vəkilləri həbs ediblər.

Onlardan biri Lakan həbsxanasının təkadamlıq kamerasında, ikisi isə təhlükəsizlik təcridxanasında saxlanılır.

Onlara qarşı hansı ittihamın irəli sürüldüyü barədə açıqlama verilməyib.

Hər 3 hüquqşünas bundan əvvəl də dinc fəaliyyətlərinə görə "sistemə qarşı təbliğat"da günahıandırılaraq təzyiqlərə məruz qalıblar.

Adı çəkilən vəkillər, Lakan həbsxanasında saxlanılan və edama məhkum edilən azərbaycanlı işçi hərəkatı fəalı Şərifə Məhəmmədiyə dəstək kampaniyasına qoşulmuşdular.

Onlar Məhəmmədi barədə edam hökmünün saxta ittihamlar əsasında verildiyini bildirib, ölüm cəzasının ləğv edilməsini tələb ediblər.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar