SON XƏBƏRLƏR

İran Britaniya üçün ciddi təhdiddir- London 

2025.09.05, 11:26
İran Britaniya üçün ciddi təhdiddir- London 

Britaniya hökumətinin bu gün parlamentə təqdim etdiyi yeni bəyanatda İranın ölkənin milli təhlükəsizliyinə ən ciddi təhdidlərdən biri kimi göstərilib.

Gunaz.tv

Bununla bağlı Böyük Britaniya mediası məlumat yayıb.

"Britaniya torpaqlarında sui-qəsd planları, kəşfiyyat əməliyyatları və kiberhücumlar dalğasının arxasında İslam Respublikası və İnqilab Keşikçiləri Korpusu dayanır",- bəyanatda bildirilib.

Britaniya hökumətinin parlamentə verdiyi cavab bəyanatında deyilir ki, "İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı elan etmədiyi üçün geniş şəkildə tənqid edilən Britaniya hökuməti “İnqilab Keşikçiləri Korpusunu da terror təşkilatı kimi tanımağa imkan verən hüquqi boşluğu aradan qaldırmaq prosesini davam etdirir”,- hökumətin rəsmi cavab bəyanatında qeyd olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar