SON XƏBƏRLƏR

Vitse-spiker: Vaşinqtonda Amerika-Azərbaycan əlaqələrinin yeni mərhələyə keçidinə nail olundu

2025.09.09, 12:15
Vitse-spiker: Vaşinqtonda Amerika-Azərbaycan əlaqələrinin yeni mərhələyə keçidinə nail olundu

Vaşinqton sənədi uzunmüddətli mövcudluğuna baxmayaraq heç bir nəticə əldə etməyən Minsk qrupunu tarixə qovuşdurdu.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasında çıxış edib. 

O vurğulayıb ki, Vaşinqton görüşündə sülh müqvailəsinə çatmaq üçün vacib olan addımlardan biri tamamlandı: 

"Sənəddə təsbit olunan Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla maneəsiz əlaqənin təşkil edilməsi daha bir milli məqsədin həyata keçirilməsi idi. Həmçinin Amerika ilə Azərbaycan arasında əlaqələrin yeni keyfiyyət mərhələsinə keçidinə nail olundu. İki ölkə arasında qarşılıqlı maraq təşkil edən məsələlərdə əməkdaşlıq nəzərdə tutulur. Ümid edirik ki, ölkəmiz yeni dünya nizamında layiqli yerini qorumağa davam edəcək".

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar