SON XƏBƏRLƏR

Türkiyə polisi silahlı hücuma görə İran vətəndaşını həbs etdi

2025.09.10, 10:43
Türkiyə polisi silahlı hücuma görə İran vətəndaşını həbs etdi

Türkiyənin İzmir şəhərində iki polis əməkdaşının həlak olduğu polis bölməsinə silahlı hücum zamanı biri İran vətəndaşı olmaqla 27 nəfər həbs edilib.

Gunaz.tv

Bu haqda Türkiyə Polisinin Terrorla Mübarizə Şöbəsi məlumat yayıb.

Bildirlib ki, həbs olunan iranlı İstanbulda yaşayan 32 yaşlı Xaliq Nuri Brucerdi adlı şəxsdir.

O, dindirilmə prosesinin başa çatdırılması üçün polis bölməsinə aparılıb.

Qeyd edək ki, sentyabrın 8-də 16 yaşlı yeniyetmə atasının ov tüfəngi ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb. Polis rəisi və iki zabit həlak olub, daha iki təhlükəsizlik əməkdaşı yaralanıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar