SON XƏBƏRLƏR

Qızılhisar həbsxanasında məhbus intihar etdi

2025.09.11, 13:09
Qızılhisar həbsxanasında məhbus intihar etdi

Kərəc şəhərinin Qızılhisar həbsxanasında saxlanılan 26 yaşlı Yəqub Səbzi adlı məhbus bu gün səhər saatlarında intihar edərək həyatını itirib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

İnsan haqları fəalları məhbusun işinə yenidən baxılması üçün məhkəmə orqanlarına dəfələrlə etdiyi müraciətlərinin cavabsız qalmasına etiraz olaraq intihara əl atdığını bildiriblər.

Yəqub Səbzi 7 il yarım əvvəl narkotik maddələrin qaçaqmalçılığına görə həbs edilmişdi.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı yaydığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar