SON XƏBƏRLƏR

Binabda vətəndaş fəalı Səid Minainin avtomobili və mobil telefonu ələ keçirilib

2025.09.12, 12:54
Binabda vətəndaş fəalı Səid Minainin avtomobili və mobil telefonu ələ keçirilib

Binab Rayon Polis Qüvvələri sentyabrın 11-də azərbaycanlı fəal Səid Minai “Kave Soda Fabriki”nin çirkab suları ilə bağlı məqalə dərc etdiyinə görə onun avtomobilini və mobil telefonunu müsadirə edib.

Gunaz.tv

Yerli mənbələrin məlumatına görə, Səid Miani polis qüvvələri tərəfindən bölməyə çağırılıb və burada onun şəxsi əşyaları müsadir edilib.

Qeyd edək ki, Səid Minai bəy əvvəllər də mədəni fəaliyyətinə görə, dəfələrlə təzyiqlərə məruz qalıb.

Hələlik Binab hüquq-mühafizə və məhkəmə orqanları bu hadisənin səbəbləri ilə bağlı rəsmi açıqlama verməyib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar