SON XƏBƏRLƏR

Urmuda dövlət məmurları həbs edildi

2025.09.15, 14:29
Urmuda dövlət məmurları həbs edildi

Qərbi Azərbaycan əyalətinin Urmu şəhərində Təbii Sərvətlər Nazirliyinin iki əməkdaşına ağır həbs cəzası verilib.

Gunaz.tv

Bu haqda əyalətin baş hakimi Nasir Ətəbati məlumat yayıb.

 Onun sözlərinə görə, "korrupsiya" və "dövlət vəsaitini mənimsəmək"də günahlandırılan 2 məmurun hər biri 20 il azadlıqdan məhrum edilib.

Bununla yanaşı onlar mənimsədikıri mələğin iki qatın qədər maddi cərimə olunublar, dövlət işlərində fəaliyyətri  həmişəlik qadağa edilib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata əsasən İran ən çox korrupsiyaya bulaşmış ölkələr arasındadır.

Təşkilatın 2024-cü il hesabatına əsasən, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 23 balla 151-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar