SON XƏBƏRLƏR

Azərbaycanlı məhbuslar həbsxana rəisindən şikayət etdilər

2025.09.18, 12:56
Azərbaycanlı məhbuslar həbsxana rəisindən şikayət etdilər

Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbuslar həbsxanasının rəisi Hidayətullah Fərzadidən məhkəməyə şikayət ediblər.

Gunaz.tv

Bununla bağlı insan haqları fəalları məlumat yayıb.

Siyasi məhbuslar Mahmud Ocaqlu, Mürtəza Pərvin, Tahir Nəqəvi, Vədud Əsədi və Məhəmmədrza Fəqihi bildiriblər ki, İsrailin Evin həbsxanasını bombalamasından sonra əvvəlcədən xəbər verilmədən və qandallı şəkildə digər siyasi məhbuslarla birlikdə gecə saatlarında Böyük Tehran həbsxanasına köçürülüblər.

Onlar bu köçürmə zamanı şəxsi əşyalarının itirildiyini və bu məsələdə birbaşa Evin həbsxanasının nrəisinin məsuliyyət daşıdığını vurğulayıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar