SON XƏBƏRLƏR

İranda 17 müəllim həbs edildi

2025.09.18, 16:00
İranda 17 müəllim həbs edildi

Azərbaycanlı müəllim Məsud Fərhihxe və başqa 16 müllim həbs edilib.

Gunaz.tv

Bu haqda İran Müəllimlər Birliyi məlumat yayıb.

Məlumata görə, onlar İsfahanın Şəhr-i Za şəhərində keçirilən İran Müəllimlər Birlikləri Koordinasiya Şurasının növbədənkənar iclasında iştirak etdikləri zaman saxlanılıblar.

Bildirilib ki, 16 müəllim dindirildikdən sonra sərbəst buraxılsa da, azərbaycanlı müəllim təcridxanada saxlanılıb.

Onun ötən ay məhkum edildiyi həbs cəzasını çəkmək üçün həbsxanaya köçürüləcəyi ehtimal olunur.

Qeyd edək ki, Albürz əyalətinin İslamşəhr şəhərində yaşayan müəllim və ictimai fəal Məsud Fərhihxtə ötən ay 4 il, 1 ay, 17 gün həbs cəzasına məhkum edilib.

O, "ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq" və "hökumətə qarşı təbliğat"da günahlandırılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar