SON XƏBƏRLƏR

BƏƏ-də "ari şirləri"nin quyruğu kəsildi- 7:1

2025.09.19, 12:49
BƏƏ-də "ari şirləri"nin quyruğu kəsildi- 7:1

Hökumətin himayə etdiyi Tehranın  “İstiqlal” komandası Asiya Çempionlar Liqasının 2-ci səviyyəsi qrup mərhələsinin ilk pilləsində Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vəsl” komandası ilə qarşılaşıb və yarışıb.

Gunaz.tv

Bu haqda idman mediası məlumat yayıb.

Sentyabrın 16-ı saat 19:30-da Dubayın Zəbil stadionunda keçirilən qarşılaşmada “Əl Vəsl” komandası İran komandasına 7:1 hesabı ilə qalib gəlib.

“Əl Vəsl” komandası "İstiqlal" qapısına görüşün birinci yarısında 4, ikinci yarısında isə 3 qol vurub.

İranın hökumət komandasının yeganə qolu isə qarşılaşmanın 45-ci dəqiqəsində vurulub.

Bu məğlubiyyət hökumətin yüksək məbləğdə maliyyə dəstəyindən istifadə edən komandanın azarkeşlərinin qəzəbi ilə qarşılaşıb.

Qeyd edək ki, yarış qabağı xəbərlərdə İran mediası "İstiqlal" oyunçularını "ari şirləri" kimi təbliğ edirdi.

Məğlubiyyətdən sonra "İstiqlal" azarkeşləri sosial mediadakı paylaşımlarında məğlubyyəti "ari şirlərinin quyruğu kəsildi" başlığı ilə yayıb, komandanın böyük fərqlə uduzmasını biabırıçılq adlandırıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar