SON XƏBƏRLƏR

İran, Rusiya və Çin Qərb üçün əsas təhlükədir- Riçard Mur

2025.09.20, 10:23
İran, Rusiya və Çin Qərb üçün əsas təhlükədir- Riçard Mur

İran, Rusiya, Çin və islamçı terrorizm Qərb üçün əsas təhlükədir.

Gunaz.tv

Bunu Böyük Britaniya Xarici Kəşfiyyat Xidmətnin rəhbəri Riçard Mur deyib.

O, İran, Şimali Koreya və Çini Rusiya işğalını dəstəkləməkdə ittiham edib və əlavə edib ki, “İranın nüvə silahına malik olmasının qarşısını almaq Britaniyanın prioriteti olaraq qalır”. 

"Tehran regionda sabitliyi pozan və onu dünyanın əksər hissəsi ilə qarşı-qarşıya qoyan ağılsız strategiyadan əl çəkməlidir",- Mur bildirib.

Bununla yanaşı, Böyük Britaniyanın Ankaradakı səfiri kimi işlədiyi illəri xatırladan Riçard Mur, Türkiyənin yürütdüyü siyasəti alqışlayıb.

O, Türkiyəni BMT nizamnaməsinə sadiq qalaraq, Ukraynanın suverenliyini və müstəqilliyini dəstəkləyən, İŞİD terrorizmi ilə mübarizədə və müharibədən sonrakı Suriyanın sabitləşdirilməsi səylərində təsirli rol oynayan “NATO-nun əsas tərəfdaşı” kimi xarakterizə edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar