SON XƏBƏRLƏR

İran məmurlarının güllələdiyi Hədis Nəcəfinin anım günüdür

2025.09.21, 14:39
İran məmurlarının güllələdiyi Hədis Nəcəfinin anım günüdür

Bu gün 2022-ci ilin sentyabr ayında başlayan etiraz aksiyalarında hökumət məmurlarının birbaşa atəşi nəticəsində öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin anım günüdür.

Gunaz.tv

GünazTV xatırladır ki, Hədis Nəcəfi 5 yanvar 2000-ci ildə Kərəc şəhərində azərbaycanlı ailədə anadan olub.

Ədəbiyyat və musiqi ilə məşğul olan H.Nəcəfi, ictimai fəallığı ilə seçilib. O, sentyabrın 21-i gecə saatlarında Kərəc şəhərinin Erəm parkında keçirilən etiraz aksiyası zamanı hökumət məmurlarının atəşi nəticəsində həyatını itirib.
 
Hədisin ailə üzvləri ona üç güllə vurulduğunu bildiriblər.

Gənc şairin 3 və 40 mərasimləri hökumətə qarşı etiraz aksiyalarına çevrilib, həmin aksiyalarda çox sayda insan saxlanılıb.

Nəcəfinin həyatına həsr olunmuş qısametrajlı animasiya filmi çəkilib.

Filmin rejissoru Nəzrin Ağamaliyeva, prodüssoru Rəşid Aöamaliyev, animasiya rejissoru isə Firəngiz Bağırovadır.

"Hədis" animasiya filmi 3 ölkənin- Azərbaycan Respublikası, Çexiya və Amerikanın birgə istehsalıdır. 22-dən çox festivalda nümayiş etdirilən film, Hədis Nəcəfi ilə yanaşı, Güney Azərbaycanda milli hüquqları, azadlıqları uğrunda mübarizə aparan bütün azərbaycanlılara həsr olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar