SON XƏBƏRLƏR

İranlı mühacirlər Nyu-Yorkda Pezeşkiana qarşı aksiya keçirdilər

2025.09.25, 12:19
İranlı mühacirlər Nyu-Yorkda Pezeşkiana qarşı aksiya keçirdilər

Dünən sentyabrın 24-ü axşam saatlarında iranlı mühacirlər İran Prezidenti Məsud Pezeşkianın BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər etməsinə görə izdihamlı etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu haqda "Royters" məlumat yayıb.

BMT-nin mənzil qərargahı yaxınlığında keçirilən aksiyada, İran rəsmilərinin ABŞ-ə səfirinə icazə verilməsinə etiraz edilib.

Qacar dövlətinin aslan və günəş simvollarının əks olunduğu bayraqları daşıyan aksiya iştirakçıları, Tehran hökumətinin repressiyaları və terror əməllərini əks etdirən plakadlar qaldırıb, ABŞ rəhbərliyini İran nümayəndə heyətinə viza verdiyinə görə tənqid ediblər.

Aksiya İran Müqavimət Şurasının təşəbbüsü ilə keçirilib.

Qeyd edək ki, bu, son iki gün ərzində eyni yerdə ikinci etiraz aksiyasıdır. Sentyabrın 23-də də oxşar aksiya keçirilib və İran hökumətinin repressiyaları və terror təhdidlərinə etiraz bildirilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar