SON XƏBƏRLƏR

İranda tanınmış şairə ölüm cəzası verildi

2025.09.25, 13:13
İranda tanınmış şairə ölüm cəzası verildi

İran Ali Məhkəməsi Gilan əyalətindən olan tanınmış şair və ictimai fəal Peyman Əmin Fərəhavərin barəsində çıxarılan edam hökmünü təsdiq edib.

Gunaz.tv

Bununla bağlı şairin vəkili Ramin Səfərniya məlumat yayıb.

"O, "Bəği" ​​(silahlı üsyan) və "müharibə" də (Allaha qarşı müharibə)  günhahlandırılıb",- vəkil bildirib.

İnsan haqları təşkilatlarının yazdığına görə, 10 yaşlı uşaq atası olan şair, etiraz aksiyaları, sosial ədalət və vətəndaş hüquqlarına dair şeirlər yazıb yaydığına görə şərlənib.

Qeyd edək ki, təhlükəsizlik məmurları bu ilin aprel ayında Peyman Əmin Fərəhavəri həbs edib, istintaq təcridxanasında dindirdikdən sonra Rəşt şəhərinin Lakan həbsxanasına köçürüblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar