SON XƏBƏRLƏR

Azərbaycanlı alimdən xəbər var- "Evin"ə qaytarıldı

2025.09.25, 16:29
Azərbaycanlı alimdən xəbər var- "Evin"ə qaytarıldı

İyunun 23-də İsrailin Tehranın Evin həbsxanasına hava hücumundan sonra naməlum yerə köçürülən azərbaycanlı alim, İran-İsveç ikili vətəndaşlığı olan Əhməd Rza Cəlali yenidən Evin həbsxanasına qaytarılıb.

Gunaz.tv

Bu haqda onun həyat yoldaşı Vida Mehranniya məlumat yayıb.

"Uzun müddətdən sonra Əhməd Rza mənimlə qısa telefon əlaqəsi saxlayaraq yenidən Evin həbsxanasına qaytarıldığını bildirdi. Cəlali Evindən köçürüldüyü zaman 8 təhlükəsizlik əməkdaşnın onua qarşı zorakılıq etdiklərini, hadisə barədə məlumat verilmədiyinə görə edam edilmək üçün aparıldığını dedi" ,- Mehranniya bildirib.

Alimin həyat yoldaşının sözlərinə görə, Əhməd Rza Cəlali bu müddət ərzində Təhlükəsizlik Nazirliyinə məxsus "gizli evdə" saxlanılıb və ailəsi ilə telefon əlaqəsi qurmasına icazə verilməyib.

O gündən bu yana azərbaycanlı alimin harada saxlanılması və sağlıq durumu ilə məlumat əldə etmək mümkün olmayıb.

Xatırladaq ki, İsrail hərbi hava qüvvələri iyunun 23-də Tehranın Evin həbsxanasına zərbə endirdikdən sonra, Əhməd Rza Cəlali və çox sayda başqa məhbus digər həbsxanalara köçürülüb.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza Calali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.

2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi “İsrailə casusluq” ittihamına görə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar