SON XƏBƏRLƏR

İranda edamlar- Beynəlxalq Əfv Təşkilatı bəyanat yaydı

2025.09.26, 15:16
İranda edamlar- Beynəlxalq Əfv Təşkilatı bəyanat yaydı

Beynəlxalq Əfv Təşkilatı İranda edam sayının, xüsusən siyasi məhkumların edamı hallarının artması barədə xəbərdarlıq edib.

Gunaz.tv

Bu haqda təşkilatın yaydığı bəyantda bildirilib.

Bəyantda şair və yazıçı Peyman Əmin Fərəhavər də daxil olmaqla onlarla siyasi məhbus barəsində ölüm hökmünün çıxarılmasından narahatlıq ifadə olunub.

Təşkilat inqilab məhkəmələrinin ədalətsiz mühakimə və siyasi motivlərlə ölüm hökmü çıxardığını və bu prosesin fundamental insan hüquqlarının açıq şəkildə pozulması olduğunu vurğulayıb.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bu günə kimi İran həbsxanalarında 1000-dən çox məhbus edam edilib, onların 28-i qadındır.

İnsan haqları təşkilatları İran hökumətinin edamdan etirazçıları qorxutmaq və onları susdurmaq üçün vasitə kimi istifadə etdiyini bildirirlər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar