SON XƏBƏRLƏR

İran hücumdan qorxur- Yeni pakta girmək istəyir

2025.09.28, 12:03
İran hücumdan qorxur- Yeni pakta girmək istəyir

Biz Səudi Ərəbistan və Pakistanın müdafiə paktını müsbət qiymətləndiririk. Pakistan elan edib ki, digər ölkələr də bu pakata qoşula bilər və mən İranın da bu pakta qoşulmasını təklif edirəm.

Gunaz.tv

Bunu İran rəhbəri Əli Xaməneinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi deyib və İranı Pakistan-Səudiyyə Ərəbistanı müdafiə paktına qoşulmağa çağırıb.

Bundan əvvəlki illərdə İnqilab Keşikçiləri Korpusunun (Sepah) baş komandanı olan Rəhim Səfəvi də İran, Səudiyyə Ərəbistanı, Pakistan və İraqın “kollektiv pakt” əldə edə biləcəyini deyib.

Qeyd edək ki, sentyabrın 17-də Səudiyyə Ərəbistanının vəliəhdi Pakistanın baş naziri ilə birgə strateji müdafiə paktı imzalayıb, buna görə bu ölkələrdən birinə hücum “hər iki ölkəyə hücum” sayılır.

Pakt İsrailin Qətərin paytaxtı Dohada HƏMAS ekstremist qruplaşmasının qərargahına hücumundan bir neçə gün sonra imzalanıb. 

Hücumdan sonra Misir prezidenti də ərəb həmkarları ilə məsləhətləşmələr zamanı hər hansı ərəb ölkəsinə hücum olacağı təqdirdə hərəkətə keçə biləcək çevik reaksiya qüvvələrinin yaradılmasını təklif edib.

Səudiyyə Ərəbistanına qarşı qeyri-səmimi münasibəti ilə tanınan İranın bu pakta qoşulmaq istəyi, Tehranın  İsrailin yeni hücumlarından qorxması ilə əlaqələndirilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar