SON XƏBƏRLƏR

İran həbsxanalarında 30 ilin ən qanlı ayı- Edam sayı açıqlandı

2025.09.29, 12:36
İran həbsxanalarında 30 ilin ən qanlı ayı- Edam sayı açıqlandı

Avqustun 23-dən sentyabrın 23-ə kimi İran həbsxanalarında 190 məhbus edam edilib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Edam edilənlərdən 7-i qadındır.

102 nəfər narkotik maddələrin alverində, 81-i qətldə, 1-i casusluqda başqa biri isə "etiraz aksiyalarına təşkilatçılıq etmək"də günahlandırılıb.

Edam edilənlər arasında 17 müxtəlif cinayətlərdə ittiham olunan etnik bəluçun da adı var.

Qeyd edək ki, 2025-ci il də İranda edam sayına görə son 30 ilin ən qanlı ili olub. İlin əvvəlindən bu günə kimi İran həbsxanalarında 1000-dən çox məhbus dar ağacından asılıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar