SON XƏBƏRLƏR

Tramp iranlı miqrantları geri qaytardı - Həyatları təhlükədədir

2025.09.30, 12:39
Tramp iranlı miqrantları geri qaytardı - Həyatları təhlükədədir

Donald Trampın qanunsuz miqrantları ölkədən çıxarmaq barədə qərarından sonra 100 iranlı qaçqını ölkələrinə geri qaytarıb. 

Gunaz.tv

Bu haqda "New York Times" məlumat yayıb.

Bildirilib ki, Vaşinqton iki iranlı diplomat vasitəsilə Tehranla razılığa gəldikdən sonra bir təyyarə dolu iranlını deportasiya edib.

Məlumatı İranın rəsmi xəbər agentliyi "İsna" da təsdiq edib:

"İranlı qaçqınları daşıyan Amerikaya məxsus çarter reysi sentyabrın 29-u gecə Luizianadan yola düşüb və sentyabrın 30-u Qətər vasitəsilə İrana çatacaq".

Məlumatın yayılmasından sonra insan haqları təşkilatları qaçqınların taleindən narahatlıqlarını ifadə edən bəyanat yayıblar.

Onların bildirdiyinə görə, qaçqınlardan bəziləri siyasi fəal olduqları və təzyiqlərdən yayınmaq üçün mühacirətə məcbur olublar:

"Onlar İrana çatdıqdan sonra həbs edilə, barələrində hətta ölmülə nəticələnə biləcək ağır məhkəmə qərarları çıxarıla bilər".

Bəzi qeyri-rəsmi məlumatlarda isə, deport olunanlar arasında İran hökuməti və SEPAH-a bağlı şəxslərin də olduğu, onların başqa məqsədlərlə ABŞ-ə getdikləri iddia edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar