SON XƏBƏRLƏR

Xoyda “Beynəlxalq Şəms və Mövlana Konfransı” keçirilir

2025.09.30, 16:23
Xoyda “Beynəlxalq Şəms və Mövlana Konfransı” keçirilir

Sentyabrın 29-da Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində iki günlük 11-ci “Beynəlxalq Şəms və Mövlana Konfransı başlayıb.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Bildirilib ki, bu elmi-mədəni tədbirdə ölkə daxili və xaricindən yerli və xarici alim və tədqiqatçılar, Şəmsşünas və Mövlanaşünaslar iştirak edir.

Tədbirə qatılmaq üçün İran mədəni irs, turizm və əl işləri naziri Seyyid Rza Salehi Əmiri də Xoya səfər edib.

Tədbirin bu gün axşam saatlarında bağlanış mərasimi keçiriləcək.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar