SON XƏBƏRLƏR

İranın iqtisadiyyat naziri Mərkəzi Bankı günahlandırdı - Mən cavabdeh deyiləm

2025.10.01, 14:19
İranın iqtisadiyyat naziri Mərkəzi Bankı günahlandırdı - Mən cavabdeh deyiləm

Mərkəzi Bank ölkənin pul və məzənnə siyasətinə təkbaşına cavabdehdir və konkret olaraq valyuta məzənnələri və inflyasiya ilə bağlı məsələlərdə birinci və sonuncu məsul hesab olunur.

Gunaz.tv

Bunu İranın iqtisadiyyat naziri Əli Mədənizadə deyib.

“İqtisadiyyat naziri heç bir halda Mərkəzi Bankın qəbul etdiyi valyuta və pul siyasətinə görə məsuliyyət daşımır”, o dolların İran pulu qarşısında bahalaşmasına aid tənqidlərə cavab olaraq bildirib.

O, ölkə valiyutasının dəyərdən düşməsinə görə Mərkəzi Bankın sədrinin cavabdeh olduğunu söyləyib:

“Parlamentin təsdiq etdiyi qanuna əsasən, Plan-büdcə təşkilatının rəhbəri və iqtisadiyyat naziri istisna olmaqla, Mərkəzi Bankın Ali Müşahidə Şurasının bütün üzvlərini Mərkəzi Bankın sədri seçir”.

Qeyd edək ki, son məlumata görə, İranın azad bazarında hər 1 ABŞ dollarının dəyəri 114 min 300 tümənə çatıb. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar