SON XƏBƏRLƏR

Mediaya təzyiq - İranın məşhur qəzetinə cinayət işi açıldı

2025.10.02, 15:33
Mediaya təzyiq - İranın məşhur qəzetinə cinayət işi açıldı

Tehran prokurorluğu “Şərq” qəzetinin baş redaktoru və xromosom pozğunluğu olan körpələrin doğulmasının artması ilə bağlı reportaj hazırlayan məsul şəxslərə qarşı cinayət işi qaldırıb.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Qəzet bu günlərdə “Ailənin müdafiəsi və cəmiyyətin gənclərşdirilməsi haqqında” qanunun tətbiq etdiyi məhdudiyyətlərin qadınların müayinə laboratoriyalarına müraciətlərinin azalmasına, nəticədə daun sindromu da daxil olmaqla genetik pozğunluqlarla doğulan körpələrin sayının artmasına səbəb olduğunu yazıb.

Səhiyyə Nazirliyi “Şərq” qəzetinin xromosom pozğunluğu ilə doğulan körpələrin sayının iki dəfə artması ilə bağlı xəbərini təkzib edərək, xəbərin elmi əsası olmadığını iddia edib. 

Məqalənin dərcindən və Səhiyyə Nazirliyinin reaksiyasından sonra Tehran Prokurorluğu məsul direktor və hesabatı hazırlayan şəxslərə qarşı hüquqi işin açılmasına göstəriş verib.

“Şərq” qəzeti bu səhər yaydığı xəbərdə qəzetə və xəbəri hazırlayan şəxslərə qarşı ittihamı təsdiqləyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar