SON XƏBƏRLƏR

İran məhkəməsi altı Əhvazlı ərəb siyasi məhbusunu edam edib

2025.10.04, 10:28
İran məhkəməsi altı Əhvazlı ərəb siyasi məhbusunu edam edib

İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyi 4 oktyabr 2025-ci il şənbə günü səhər Əhvazda altı ərəb siyasi məhbusun edam edilməsi barədə məlumat yayıb.

Gunaz.tv

Agentlik məhbusların adlarını çəkmədən onları "sionist rejimə bağlı altı separatçı terrorçu" adlandırıb.

Karun İnsan Haqları Təşkilatı bu şəxslərin daha əvvəl qaçılmaz edam riski ilə bağlı xəbərdar edilmiş eyni məhbuslar olduğunu açıqlayıb.

Təşkilat əvvəllər altı Əhvazlı ərəb siyasi məhbusunun qaçılmaz edam riski ilə bağlı dəfələrlə xəbərdarlıq etmişdi. Təşkilatın hesabatına görə, edam edilən şəxslər arasında 2018-ci ilin sonu və 2019-cu ilin əvvəlində həbs olunan və işgəncələrə məruz qalaraq edam cəzasına məhkum edilən Əli Məcdəm, Moin Xənfəri, Seyid Salem Musavi, Məhəmməd Rza Müqqədəm, Adnan Albuşkə və Habib Dəris var.

Həbib Dəris və Seyid Salem Musəvi oktyabrın 3-ü qədər Əhvazdakı Şeyban həbsxanasının 5-ci palatasında saxlanılıblar. Lakin onlar ailələrinin xəbəri olmadan gecə Sepidar həbsxanasına köçürülüb və bu səhər, şənbə günü digər dörd məhbusla birlikdə edam ediliblər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar