SON XƏBƏRLƏR

İranda 6 "İsrail casusu" edam edildi

2025.10.04, 12:49
İranda 6 "İsrail casusu" edam edildi

Xuzistan əyalətində 6 məhbus edam edilib.

Gunaz.tv

Bununla bağlı İran Məhkəmə Sistemi məlumat yayıb.

Edam edilənlərin "İsrailə bağlı separatçı və terrorçu təşkilatn üzvləri" olduğu iddia edilib:

“Son illər ərzində silsilə silahlı əməliyyatlar və bomba qoymaqla Xuzistan əyalətinin təhlükəsizliyini hədəfə alan 6 separatçı terror ünsürünə verilən edam hökmü bütün hüquqi prosedurlardan keçdikdən və Ali Məhkəmədə təsdiqləndikdən sonra bu gün səhər saatlarında icra edilib”.

Məhbusların 4 polis və təhlükəsizlik məmurunun ölümündə günahkar olduqları bildirilib.

Məlumatda məhbusların kimliyi və hansı şəhərin həbsxanasında edam edildikləri haqda məlumat verilməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar