SON XƏBƏRLƏR

Pezeşkian bir sözünü də geri götürdü

2025.10.07, 11:29
Pezeşkian bir sözünü də geri götürdü

İqtisadi problemlər qarşısında hakimiyyətdən getmək barədə danışmamalıyıq. Qalıb, bizi dayandırmaq istəyənlərə qarşı duracağıq.

Gunaz.tv

Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O, Ticarət Palatasının üzvləri ilə görüşündə hökumətin qanunverici, icraedici və məhkəmə sistemi arasında kordinasiyalı əməkdaşlığın olduğunu söyləyib:

“Hazırda hökumətin üç qolunun rəhbərləri arasında ən yüksək səviyyədə koordinasiya mövcuddur və hər üç qol ölkənin istehsal və iqtisadi sektorlarının problemlərini fəal şəkildə həll etməyə çalışır”.

Qeyd edək ki, Məsud Pezeşkian seçki qabağı çıxışlarında problemləri həll edə, verdiyi vədləri yerinə yetirə bilməyəcəyi təqdirdə istefa verəcəyinə dair söz vermişdi.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar