SON XƏBƏRLƏR

İran həbsxanalarında aclıq eyləmi başladı

2025.10.07, 11:56
İran həbsxanalarında aclıq eyləmi başladı

Bu gün səhər saatlarından başlayaraq İranın 52 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq eyləminə əl atıblar.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.

Aclıq eyləmi 89-cu dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

Bununla yanaşı bir neçə şəhərdə edama məhkum edilənlərin yaxınları və insan haqları fəalları edam hökmlərinin ləvi tələbi ilə eyləmlər keçiriblər.

Qeyd edək ki, cari ildə kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 1082-ə çatıb, onlardan 30-u qadındır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar