SON XƏBƏRLƏR

Millət vəkili öldürülən şagirdlər bağlı nazirə məktub yazdı- Araşdırılsın

2025.10.07, 15:49
Millət vəkili öldürülən şagirdlər bağlı nazirə məktub yazdı- Araşdırılsın

Zəncanın Söhrein kəndində Nima Nəcəfi adlı şagird fiziki cəzaya məruz qaldığına görə ölüb.

Gunaz.tv

Bunu İran parlamentinin Təhsil və Araşdırma Komitəsinin sədri Əlirza Munadi deyib.

“Öyrəndik ki, məktəb şagirdi oktyabrın 1-də məktəb rəhbərliyinin fiziki cəzası və fiziki təzyiqi nəticəsində ürək tutması nəticəsində dünyasını dəyişib”,- millət vəkili təhsil nazirinə yazdığı məktubda qeyd edib.

O, hadisəni "çox kədərli" adlandıraraq, təhsil nazirini məsələni hərtərəfli araşdırmaq və nəticələrini Milli Məclisin Təhsil, Tədqiqat və Texnologiyalar Komitəsinə bildirmək üçün əmr verməsini istəyib.

Qeyd edək ki, oktyabrın 1-də Zəncanın Söhrein kəndinin orta məktəbində 14 yaşlı Nima Nəcəfi fiziki cəzaya məruz qaldıqdan sonra, həyatını itirib.

Hadisənin məktəbin müşahidə kameralarında qeydə alındığını deyən yeniyetmənin əmisi, şagirdin ölümünə görə məktəb rəhbərliyinin məsuliyyətə cəlb edilməsini tələb edib.

GüazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar