SON XƏBƏRLƏR

SEPAH terror təşkilatı elan edilsin - Avstraliyanın Baş Prokuroru parlamentə layihə təqdim etdi

2025.10.08, 10:06
SEPAH terror təşkilatı elan edilsin - Avstraliyanın Baş Prokuroru parlamentə layihə təqdim etdi

Avstraliyanın Baş Prokuroru Mişel Roland, İran İslam İnqilabı Keşikçilərinin (SEPAH) terror təşkilatı kimi tanınmasını tələb edən qanun layihəsini parlamentə təqdim edib.

Gunaz.tv

Bu haqda Avstraliya mediası məlumat yayıb.

Bu addım Avstraliya Təhlükəsizlik Kəşfiyyat Xidmətinin SEPAH-ın Avstraliya ərazisində ən azı iki antisemit hücumunda iştirak etdiyinə dair dəlillərə cavab olaraq atılıb.

Bu qanun layihəsinin müddəaları hökumətə xarici dövlət qurumlarını terror təşkilatları kimi tanımağa icazə verir, bu isə əvvəllər qanuni olaraq mümkün deyildi.

Qeyd edək ki, avqustun 27-də Avstraliya hökuməti iki antisemit hücumunda iştirak ittihamı ilə İran səfirini Avstraliyadan qovub.

Bununla yanaşı Kanbra hökuməti SEPAH-ı terror təşkilatları siyahısına salmaq qərarına gəlib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar