SON XƏBƏRLƏR

Məmurlar İsrailin qorxusundan xəstəxanalarda gizlənir-Nəsiri

2025.10.09, 15:36
Məmurlar İsrailin qorxusundan xəstəxanalarda gizlənir-Nəsiri

Hökumət nümayəndələri və məsul şəxslərin bəziləri İsrailin onları öldürəcəyi qorxusuna görə başqa yerlərdə, o cümlədən xəstəxanalarda gecələyirlər.

Gunaz.tv

Bunu tanınmış jurnalist, yazıçı və "Səmat" nəşrinin baş redaktoru Mehdi Nəsiri deyib.

"Məndə olan məlumatlara görə, onlar xəstəxanalarda hazırlanmış xüsusi otaqlarda, yeraltı sığınacaqlarda gecələyirlər. Onlar İsrailin 7 oktyabr hadisəsinə görə onları hədəf alacağından ehtiyat edirlər",- o əlavə edib.

Hakimiyyətin ölkəyə nəzarəti itirmək üzrə olduğunu deyən Nəsiri, hökumət məmurlarının daima təşvişdə olduqlarını söyləyib:

"Onlar artıq iki gün sonra talelərinin necə olacağından narahatdırlar, onlar amindirlər ki, İsrailin növbəti hücumu qarşısında aciz qalacaqlar". 

Mehdi Nəsiri İslam Respublikasının çökmək üzrə olduğunu və heç bir stratejinin bunun qarşısını ala bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Mehdi Nəsiri bundan əvvəl Əli Xaməneinin ofisinin nəşri olan "Keyhan" qəzeti və "Sübh" həftəliyinin baş redaktor və icraçı direktoru vəzifələrində çalışıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar