SON XƏBƏRLƏR

İranda silahlı qarşıdurma - Polis polkovniki öldürülüb

2025.10.10, 12:16
İranda silahlı qarşıdurma - Polis polkovniki öldürülüb

Bu gün səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Zahidan-Nəhbəndan yolunda polis polkovniki Qulamrza Cəmşidi silahlı qarşıdurma zamanı ölüb.

Gunaz.tv

Bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, Lut çölü ərazisində pusqu quran naməlum silahlılar polis avtomobilinə hücum edərək polkoviniki güllələyiblər.

Rəsmi məlumatda isə Qulamrza Cəmşidinin narkotik qaçaqmalçılarına qarşı keçirilən əməliyyat zamanı öldüyünü bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar