SON XƏBƏRLƏR

İran iki Fransa vətəndaşına ağır həbs cəzası verdi

2025.10.14, 16:23
İran iki Fransa vətəndaşına ağır həbs cəzası verdi

İran məhkəməsi iki Fransa vətəndaşını ümumilikdə 63 il azadlıqdan məhrum edib.

Gunaz.tv

Bu haqda İran İran Məhkəməsinin "Mizan" xəbər saytı məlumat yayıb.

Məlumata görə, onlar "Fransız kəşfiyyat xidmətinin xeyrinə casusluq", "milli təhlükəsizliyə qarşı cinayət törətmək üçün əlbir olmaq", "İsraillə kəşfiyyat əməkdaşlığı və İsraillə kəşfiyyat əməkdaşlığına yardım və dəstək" verməkdə günahlandırılıblar.

İran Məhkəməsinin "Mizan" xəbər saytı fransalıların kimliyini açıqlamadan, onların 9 mart 2023-cü ildə həbs edildiklərini bildirib.

Bu, bir müddət əvvəl İran və Fransa prezidentlərinin məhbus mübadiləsi barədə müzakirələrindən sonraya təsadüf edir.

İran Prezidenti Məsud Pezeşkian Nyu York-da Emmanuel Makronla görüşdən sonra "məhbusların mübadiləsi ilə bağlı razılığıa gəldik" məzmunlu paylaşım etmişdi.

Ehtimal edilir ki, Avropa üçlüyünün İrana qarşı "tətik" mexanizmini işə salması məhbus mübadiləsi barədə razılığın İran tərəfindən pozulmasına səbəb olub.

Qeyd edək ki, hazırda 4 fransalı İran həbsxanalarında saxlanlır, onlardan ikisi "İsrailə casusluq"da günahlandırılıb.

Rəsmi Paris İranda həbsdə olan vətəndaşlarının Tehran hökuməti tərəfndən girov götürüldüyünü bildirib.

Avropalı diplomatların sözlərinə görə, İran xarici vətəndaşları saxta ittihamlarla həbs edərək, Qərblə danışıqlarda onlardan təzyiq vasitəsi kimi istifadə etməyi və siyasi imtiyazlar almaq istəyir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar