SON XƏBƏRLƏR

Xəzərdən Semnana su kəməri çəkilir

2025.10.15, 12:43
Xəzərdən Semnana su kəməri çəkilir

Quraqlığın aradan qaldırılması və kənd təərrüfatının dirçəldilməsi məqsədilə Xəzər dənizindən Semnan əyalətinə su kəmrinin çəkilməi layihəsi yenidən aktivləşdirilib.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

Məlumatın yayılması müxtəlif reaksiyalarla qarşılaşıb və bir çox mütəxəssislər bunu "qalmaqallı" layihə adlandırıblar.

Onların fikrincə, milyardlarla dollara başa gələcək layihə həm də ətraf mühitə ciddi ziyan vuracaq.

Qeyd edək ki, 2012-ci ildən gündəmdə olan bu layihə hazırda geniş ekoloji və ekspert müqavimətinə baxmayaraq, boru kəmərinin marşrutu və qol xəritəsinin müəyyən edilməsi ilə yeni tədqiqat mərhələsinə qədəm qoyub. 

Bu, azərbaycanlı ətraf mühit fəallarının da etirazı ilə qarşılaşıb və onlar Urmiya gölünün bərpasına ayrılmalı olan büdcənin bir neçə qatının bu layihəyə xərclənməsini qınayıblar.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar