SON XƏBƏRLƏR

Tehran Universitetinin qadın professoru öldürüldü

2025.10.15, 14:00
Tehran Universitetinin qadın professoru öldürüldü

Tehran Universitetinin professoru Zəhra Qaimi əri tərəfindən öldürülüb.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, o boğularaq qətlə yetirilib.

Hadisənin təfərrüatı və səbəbləri barədə açıqlama verilməyib.

Zəhra Qaimi Tehran Universitetinin Qadın Araşdırmaları Departamentinin üzvü və universitetin Ailə Elmləri Fakültəsinin əməkdaşı olub.

Qeyd edək ki, rəsmi statistikaya görə, son 2 il ərzində İranda öldürülən qadınların sayı 300-ü keçib.

İnsan haqları müdafiəçiləri öldürülən qadınların sayının rəsmi statistikada göstəriləndən daha çox olduğunu bildirirlər.

Onların fikrincə, İran qanunlarına əsasən, namus məsələsinə görə qadını öldürənlərin cəzası yüngüldür.  Buna görə də qatillərin sayı azalmır. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar