SON XƏBƏRLƏR

Kəndivanda mədəni tədbir keçiriləcək

2025.10.18, 11:16
Kəndivanda mədəni tədbir keçiriləcək

Şərqi Azərbaycan əyalətinin tarixi Kəndovan kəndinin Ümumdünya Turizm Təşkilatı (UNWTO) tərəfindən “Dünyanın ən yaxşı turizm kəndləri” siyahısında qeydiyyata alınmasının ikinci ildönümü ilə bağlı tədbir keçiriləcək.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, mərasim bazar günü, oktyabrın 19-da saat 12:00-də Kəndivan kəndində başlayacaq.

Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin Üskü rayonunun Kəndivan kəndi 19 oktyabr 2023-cü ildə Dünya Turizm Təşkilatının ən yaxşı beynəlxalq turizm kəndləri siyahısında qeydə alınıb.

Üskünün 18 kilometrliyində yerləşən 700 illik Kəndin evləri qayalar içində tikilib. Kəndivanın bənzər kəndi yalniz Türkiyənin Kapadokiya bölgəsində mövcuddur. 

Hazırda Kəndin 168 evində təxminən 600 nəfər yaşayır. Əhalının əsas məşğuliyyəti turizm, əkinçilik, arıçılıq və bal istehsalı və maldarlıqdır.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar