SON XƏBƏRLƏR

Qumda "İsrail casusu" edam edildi

2025.10.20, 16:09
Qumda "İsrail casusu" edam edildi

İranın Qum şəhərində "İsrailə casusluq" ittihamına görə məhbus edam edilib.

Gunaz.tv

Bu haqda İran Ədliyyə Nazirliyinə yaxın "Mizan" saytı məlumat yayıb.

Məlumata görə, kimliyi açıqlanmayan məhkum 2023-cü ilin oktyabr ayında İsraillə əlaqəyə başlayıb və 2024-cü ilin fevral ayında saxlanılıb.

Bildirilib ki, məhbusun əfv və işinə yenidən baxılması haqda müraciəti rədd edildikdən sonra, İran Ali Məhkəməsi onun edam hökmünü təsdiq edib.

Qeyd edək ki, ötən həftə İran prezidenti Məsud Pezeşkian parlamentdə qəbul edilən və Keşikçilər Şurası tərəfindən təsdiq olunan “casusluq cəzasının artırılması” qanununun icrası üçün müvafiq qurumlara göstəriş verib.

Bu qanuna əsasən, “casusluq” və “düşmənlə əməkdaşlıq” kimi cinayətlərə görə ölüm cəzasının verilməsi hallarının artırılması nəzərdə tutulub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar