SON XƏBƏRLƏR

Netaniyahu: Ən böyük hədiyyə İranın nüvə təhlükəsinin qarşısını almaq oldu

2025.10.22, 15:23
Netaniyahu: Ən böyük hədiyyə İranın nüvə təhlükəsinin qarşısını almaq oldu

Bu il ad günüm üçün ən böyük hədiyyə İranın nüvə təhlükəsinin qarşısını almaq oldu, ancaq yeni il üçün də hələ bir neçə yarımçıq işimiz qalıb.

Gunaz.tv

Bunu İsrailin baş naziri Benyamin Netaniyahu doğum günü münasibətilə etdiyi çıxışında deyib.

"Bu il böyük hədiyyə aldıq, çünki mən 40 ildir ki, İrandan gələn nüvə təhlükəsinin qarşısını almaqdan danışıram və bu il İranda və regionda böyük işlər gördük, böyük qələbələr əldə etdik. Ancaq hələ də yarımçıq qalan işlər var".

İsrailin baş naziri çıxışının davamında ölkəsi üçün əsas arzusunun “güc, təhlükəsizlik və sülh” olduğunu vurğulayıb.

Qeyd edək ki, Benyamin Netanyahunun 76 yaşı oktyabrın 21-də tamam oldu.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar