SON XƏBƏRLƏR

İslam Respublikası xaricdəki jurnalistləri təqib edir- May Sato

2025.10.22, 17:03
İslam Respublikası xaricdəki jurnalistləri təqib edir- May Sato

İran İslam Respublikası xaricdəki müxaliflərini və tənqidçilərini susdurmaq üçün müxtəlif transmilli repressiya taktikalarından istifadə edir. 

Gunaz.tv

Bunu BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato deyib.

"Bu repressiya metodlarına ölümlə hədələmə, məlumat oğurluğuna cəhd, qarayaxma kampaniyaları və kiberhücumlar daxildir",- o əlavə edib.

Sato bildirib ki, xüsusilə iranlı qadın jurnalistlər transmilli təqiblərin əsas hədəfləri olur, zorakı və cinsiyyət yönümlü təhqir və təzyiqlərə məruz qalırlar. Onların İranda yaşayan ailə üzvləri isə sorğu-sual edilir, əmlakları müsadirə olunur, işdən çıxarılır və həbs kimi başqa təzyiqlərlə üzləşirlər.

BMT rəsmisinin sözlərinə görə, İranın bu fəaliyyətləri ifadə azadlığını, media azadlığını, hərəkət azadlığını və şəxsi həyatın toxunulmazlığını kobud şəkildə pozur.

O, iyul–avqust 2025-də bir qrup BMT eksperti ilə birlikdə İran hökumətinə transmilli repressiyalarla bağlı iki rəsmi məktub göndərdiklərini bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar