SON XƏBƏRLƏR

Mediaya təzyiq- SEPAH jurnalistləri təhdid edib

2025.10.24, 15:33
Mediaya təzyiq- SEPAH jurnalistləri təhdid edib

Tehranda "Həm mihən" qəzetinin əməkdaçları SEPAH-ın təhlükəsizlik və kəşfiyyat bölməsinə çağırılaraq təhdid ediliblər.

Gunaz.tv

Bu haqda qəzetin məsul müdiri Qulamhüseyn Kərbası məlumat yayıb.

Onun sözlərinə görə, bu, son vaxtlar qəzetdə ictimai məsələlərlə bağlı tənqidi yazıların dərci ilə bağlı olub.

Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra mediaya qarşı təzyiqlər artıb və 150 jurnalist işdən qovulub.

Azad İnformasiya Axınını Müdafiə Təşkilatının son hesabatına əsasən cari ilin ilk yarısında İranda 46 jurnalist və media qurumuna qarşı cinayət işi açılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar