SON XƏBƏRLƏR

Türk dövlətlərinin Almaniyadakı səfirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

2025.10.25, 10:15
Türk dövlətlərinin Almaniyadakı səfirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycanın Almaniyadakı səfirliyinin dəvəti ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Almaniyadakı səfirlərinin toplantısı keçirilib.

Gunaz.tv

Toplantı Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə müəyyən edilmiş hədəflərin həyata keçirilməsi istiqamətində səfirliklər arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə təşkil olunub.

Görüşdə həmçinin ortaq türk tarixi və mədəni irsinin Almaniyada təbliği istiqamətində nəzərdə tutulan tədbirlər, mədəniyyət və incəsənət sahələrində birgə fəaliyyət və layihələr, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında Türk dünyasının hazırda inkişaf və birlik baxımından yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Bildirib ki, türk dövlətləri arasında müxtəlif sahələrdə yaranan səmərəli əməkdaşlıq və qarşılıqlı dəstək münasibətlərin daha da möhkəmlənməsinə və qardaş xalqlar arasında birliyin güclənməsinə səbəb olur.

Ortaq türk irsinin, tarixinin və mədəni dəyərlərinin beynəlxalq miqyasda, xüsusən də Almaniyada geniş tanıdılmasının əhəmiyyəti vurğulanaraq, bu məqsədlə birgə addımların atılmasının önəmi vurğulanıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar