SON XƏBƏRLƏR

Qızılhisar həbsxanası qarşısında etiraz aksiyası keçirilib

2025.10.27, 10:00
Qızılhisar həbsxanası qarşısında etiraz aksiyası keçirilib

Oktyabrın 25-də Kərəc şəhərinin Qızılhisar həbsxanası qarşısında etiraz aksiyası keçirilib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, edama məhkum edilən məhbusların ailə üzvləri tərəfindən keçirilib.

Həbsxana qarşısına toplaşan etirazçılar "edama yox", "edam hökmlərini ləğv edin" şüarları səsləndiriblər.

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatının yaydığı məlumata görə 2025-ci ildə İranda 1300-dən çox məhbus edam edilib.

İran İnsan Haqları Təşkilatı isə edam edilənlərdən 1210 nəfərin kimliyini dəqiqləşdirə bilib, onlardan 35-i qadındır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar