SON XƏBƏRLƏR

Həmədanlı qadın bəhailər həbs edildi

2025.10.27, 10:23
Həmədanlı qadın bəhailər həbs edildi

Oktyabrın 25-də Həmədan şəhərindən olan islam dininin bəhai təriqətinə mənsub 6 qadın fəal saxlanılaraq şəhər həbsxanasına köçürülüb.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Nida Mohebbi, Atifə Zahidi, Fəridə Əyyubi, Nura Əyyubi, Zərrindoxt Əhrarizadə və Jalə Rzayi ümumilikdə 38 il 11 ay azadlıqdan məhrum ediliblər.

Onlar "bəhai icmasına üzv olmaq" və "islam qanunlarını pozan təlim və təbliğat aparmaq"da günahlandırılıblar.

Bundan əvvəl İnqilab Məhkəməsinin çıxardığı qərarı Həmədan Apellyasiya Məhkəməsi də təsdiq edib.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə ikinci dərəcəli vətəndaş saylırlar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar