SON XƏBƏRLƏR

Farsçı media tarixi "Savalan" adının dirçəldilməsindən dərin narazıdır

2025.10.27, 12:19
Farsçı media tarixi "Savalan" adının dirçəldilməsindən dərin narazıdır

İran daxilində və xaricində farspərəst hərəkatlarla əlaqəli media orqanları tərəfindən təhrif olunmuş "Səbəlan" adı əvəzinə tarixi ad olan Savalanın istifadə edilməsi ilə bağlı son qərar mənfi reaksiyalarla qarşılanıb.

Gunaz.tv

İranşəhri anti-türk hərəkatına və şahçılara yaxın media orqanları və şəxslər son günlərdə bu türk adının dirçəldilməsindən narazılıqlarını bildirən sərt məqalələr dərc ediblər.

Savalan Azərbaycan türk xalqının mədəniyyətində və miflərində xüsusi yer tutsa da, bu hərəkatlar onun orijinal adının istifadəsini "adın təhrif edilməsi" kimi qiymətləndirir və onun tarixi və mədəni köklərini inkar etməyə çalışırlar.

Azərbaycan mədəniyyət ekspertləri və vətəndaş fəalları hesab edirlər ki, bu etirazlar mərkəzçi intellektual hərəkatların Azərbaycan türk xalqının öz kimliyinə qayıdacağı qorxusunu əks etdirir.

Qeyd etmək lazımdır ki, Ərdəbili vətəndaşlarının dəfələrlə etdiyi xahişlərdən sonra ötən həftə Ərdəbil qubernatorluğunun siyasi müavininin rəhbəri İbrahim İmami məsələyə münsaibət bildirib: "Bu dağın orijinal adı Savalandır, Pəhləvi dövründə Sabalan olaraq dəyişdirilib və indi əyalət xalqının ictimai tələbinə əsasən onun qaytarılması gündəmdədir."

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar