SON XƏBƏRLƏR

PKK üzvləri Qərbi Azərbaycan əyalətində yerləşdirilir - İddia

2025.10.27, 14:29
PKK üzvləri Qərbi Azərbaycan əyalətində yerləşdirilir - İddia

PKK terror təşkilatının silahı yerə qoymaq və Türkiyə ərazisini tərk etməsi və qüvvələrini İraqın şimalına köçürəcəyi barədə bəyanatından sonra, həmin təşkilat üzvlərinin bir qisminin Güney Azərbaycanda yerləşdirilməsinə hazırlıq getdiyi haqda məlumatlar yayılıb.

Gunaz.tv

Bununla bağlı yerli sosial şəbəkədə iddialar səsləndirilib.

İddialara görə, Türkiyədən çıxan terror təşkilatı üzvlərinin Qərbi Azərbaycan əyalətinin Traq və Türkiyə ilə sərhəd bölgələrdə, xüsusən Makuya yaxın ərazilərdə və Naxçıvanla sərhəd Poldəşt bölgəsində yerləşdirilməsinə hazırlıq gedir.

Bundan əvvəl də həmin bölgədə Türkiyə dövlətinə qarşı kürd silahlılarının mövcudluğu və SEPAH-ın nəzarəti altında düşərgələrin qurulduğu haqda məlumatlar yayılıb. 

Qeyd edək ki, PKK terror təşkilatı İraqın Türkiyə ilə sərhəddə yerləşən Zap və Metina bölgələrindəki düşərgə və mağaralardan çıxacağı və qüvvələrini İraqın şimalına köçürəcəyi barədə bəyanat yayıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar