SON XƏBƏRLƏR

Milli fəallara ağır həbs cəzası - İran Ali Məhkəməsi təsdiqlədi

2025.10.28, 09:43
Milli fəallara ağır həbs cəzası - İran Ali Məhkəməsi təsdiqlədi

İran Ali Məhkəməsi bundan əvvəl Tehran İnqilab Məhkəməsininin 15-ci bölməsinin azərbaycanlı fəallar Ayaz Seyfxah, Araz Aman Zeynabad və Baqir Hacızadə barəsində çıxardığı hökmü təsdiq edib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Bununla da Ayaz Seyfxah "casusliq" və "ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq" ittihamına görə 14 il, Araz Aman Zeynabad və Baqir Hacızadə eyni ittihamlara görə hər biri 13 il həbs cəasına məhkum edilib.

Qeyd edək ki, adı çəkilən fəallar 2024-cü ilin fevral ayının 5 və 7-də həbs edilərək Tehranın Evin həbsxanasına aparılıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar