SON XƏBƏRLƏR

SEPAH generalı işdən çıxarıldı

2025.10.28, 15:30
SEPAH generalı işdən çıxarıldı

İran İnqilab Keşikçilərinin (SEPAH) Baş Komandanı Məhəmməd Pakpurun kordinasiya üzrə müavini general Məhəmməd Rza Nəqdi vəzifəsindən uzaqlaşdırılıb.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

Nəqdinin yerinə bundan əvvəl Müdafiə Nazirliyində yüksək vəzifələr tutan Höccətullah Qureyşi təyin edilib.

1966-cı ildə anadan olan ureyşi, Rusiyaya silahların tədarükünə və Ukraynaya qarşı müharibədə istifadə üçün Moskvaya dronlar çatdırılmasına görə ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısındadır.

Bəzi mənbələr Məhəmməd Rza Nəqdinin 12 günlük İran-İsrail müharibəsindən sonra işdən çıxarıldığını, ancaq şərayitə görə xəbərin gecikdirildiyini iddia ediblər.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi 2019-cu ildə İranın regionda və qlobal miqyasda qeyri-sabitlik yaratmaq məqsədlərindəki roluna görə Nəqdini sanksiya siyahısına daxil edib.

Onun adı həmçinin 2011-ci ildə insan haqlarının pozulmasına görə BMT Təhlükəsizlik Şurasının sanksiya siyahısına salınıb. Avropa Birliyi də həmin il İran vətəndaşlarının hüquqlarının ciddi şəkildə pozulmasındakı roluna görə Məhəmməd Rza Nəqdiyə sanksiya tətbiq edib.

İran hökumətinə müxalif təşkilatların iddiasına görə, Nəqdi 12 günlük İran-İsrail müharibəsində yarıtmaz fəaliyyətinə və İsrailə casusluqda şübhəli bilindiyi üçün işdən qovulub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar