SON XƏBƏRLƏR

Repressiyaçı müstəntiq həbs edilib

2025.10.28, 16:19
Repressiyaçı müstəntiq həbs edilib

Təbriz universietinin 22 yaşlı tələbəsi Ehsan Fəridinin müstəntiqi və ona ölüm hökmünün vrlməsini tələb edən müstəntiq Seyyid Əli Musəvi Əqdəm həbs edilib.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, təhlükısizlik qüvvələri Musəvi əqdəmi "korrupsiya şəbəkəsi yaratmaq və rüşvət almaq" ittihamına görə saxlayıblar.

Şərqi Azərbaycan əyalətinin Vərziqan bölgəsinin Oyluq kəndindən olan 1985-ci il təvəllüdlü müstəntiq, azərbaycanlı milli fəallara qarşı qəddarlığı ilə ad çıxarıb.

Əvvəlcə İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşı kimi fəaliyyətə başlayan Musəvi, 2015-ci ildən bu günə kimi repressiyalardakı roluna görə, insan haqları təşkilatlarının diqqətində olub.

Onun Təbrizin təhlükəsizlik təcridxanasında milli və siyasi məhbuslara işgəncələrdə birbaşa iştirakı ilə bağlı çox sayda hesabatlar var.

Qeyd edək ki, Seyyid Əli Musəvi Əqdəmin təbrizli tələbə Ehsan Fəridiyə qarşı açdığı cinayət işində təbrizli tələbə “müharibə” (dini hakimiyyətə qarşı çıxmaq) ittihamına görə ölüm cəzasına məhkum edilib.

Fəridinin ailəsi övladlarına qarşı birinci ittihamın yüngül olduğunu, bu səbəbdən də onun dindirildikdən sonra girov qarşılığında sərbəst buraxıldığını, sonradan isə Musəvinin "əməyi" nəticəsində cinayət işinin ağırlaşdığını və Ehsan Fəridinin yenidən saxlanıldığını qeyd ediblər.

Fəriinin ailəsinə yaxın mənbələrin verdiyi məlumata görə, müstəntiq ailədən külli məbləğdə rüşvət istəyib, ailə bundan imtina etdikdə isə o, cinayət işinə yeni ittihamlar əlavə edərək, gənc tələbənin barəsində ölüm hökmünün çıxarılmasına səbəb olub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar